KTMT-nin baş katibi NATO-nu ittiham etdi
Fev 09, 2022 16:53 Asia/Baku
NATO bloku Şərqi Avropanı Belarus və Rusiya sərhədləri yaxınlığında hərbiləşdirir və bu, KTMT-nin bütün məsuliyyət zonasının təhlükəsizliyinə mənfi təsir göstərir.bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.
SəhərAzəri-nin məlumatına əsasən, Stanislav Zas deyib: "KTMT-nin məsuliyyət zonasının qərb sərhədlərində NATO-nun fəaliyyətinin nəzərəçarpacaq dərəcədə artması müşahidə olunur. Hərbi fəallıq artır, faktiki olaraq bütün regionun hərbiləşdirilməsi gedir”.
Onun sözlərinə görə, bu, Belarus və Rusiya üçün təhlükə yaratmaqla yanaşı, bütün KTMT təşkilatının təhlükəsizliyinə mənfi təsir göstərir.