Fev 27, 2022 11:25 Asia/Baku
  •  Donald Tramp
    Donald Tramp

ABŞ-ın sabiq prezidenti Ukrayna olaylarına reaksiyada Rusiya prezidentini ağıllı, Qərb ölkələrinin başçılarını isə axmaq adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Donald Tramp Orlandoda keçirilən bir toplantıda Co Bayden hökumətinin zəif fəaliyyətini dəyərləndirərkən belə deyib: Mən iyirmi birinci əsrin yeganə prezidentiyəm ki, Rusiya mənim prezidentliyim dövründə heç bir ölkəyə hücum etmədi.

«Birləşmiş Ştatlar ağılıı bir ölkə idi, indi isə axmaq bir ölkədir»- deyən ABŞ-ın sabiq prezidenti iddia edib ki, onun hakimiyyətdə olduğu zaman guya Amerikanın güclü olmasına görə, dünya təhlükəsiz bir məkan olub.

Tramp sözlərinə belə davam edib: NATO-nun etdiyi hərəkət sayıqlığın əksini göstərir. Onlar deyirlər ki, Rusiyanı sanksiya edəcəyik. Putin isə deyir ki, mən iyirmi beş il sanksiya altında olmuşam. Məsələ budur ki, Putin doğrudan da ağıllı şəxsdir, bizim liderlərimiz isə axmaqdırlar.

 

Teqlər