Putin və Zelenskinin Türkiyədə görüşmələri ehtimalı var
Rus medialar bu gün səhər saatlarında Rusiya prezidenti Vladimir Putinin öz ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşməsi ehtimalından xəbər veriblər.
SəhərAzəri-nin məlumatına əsasən, İnterfaks informasiya agentliyi ukraynalı müzakirə heyətinin bir üzvünə istinadla xəbər veribdir ki, Putin və Zelenskinin görüşəcəkləri məkan, böyük ehtimala qarşı Türkiyə olacaq.
Ukraynalı müzakirə heyətinin üzvü David Araxamiya deyib: Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan cümə günü Putin və Zelenski ilə əlaqə saxlayıb. Belə görünür ki, onlar yaxın gələcəkdə görüş təşkil etməyə hazırdırlar.
Araxamiya qeyd edib ki, görüşün zamanı və məkanı hələlik bəlli deyildir. Danışıqların Türkiyədə əyani formadan başqa virtual tərzdə də keçirilməsi ehtimal edilir.
Həm rus, həm də ukraynalı müzakirə tərəfi son günləri çətin günlər adlandırıblar.
Rusiya-Ukrayna savaşının başlandığı gündən bəri Rusiya və Ukrayna heyətləri arasında müxtəlif səviyyələrdə bir neçə raundda müzakirə keçirilsə də, bunlar əhatəli atəşkəsə gətirib çıxarmayıbdır.