Çin, İsveçdə Qurani-Kərimə hörmətsizliyi pisləyib
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsveçdə Qurani-Kərimə qarşı hörmətsizliyə reaksiyada bildirib ki, müsəlmanların dini inanclarına hörmət edilməlidir.
SəhərAzəri-nin məlumatına əsasən, «Van Ven Bin» dünən vurğulayıb ki, rəsmi Pekin daima müsəlmanlar da daxil olmaqla etnik azlıqların dini inanclarına hörmətə dəstək verib.
Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi İslam Dünyasında da geniş surətdə pislənilən bu hərəkətə işarə ilə əlavə edib: Söz azadlığı/ irqi və ya mədəni ayrı-seçkiliyin baş verməsi və ya cəmiyyətin dağıdılması üçün bir dəlil ola bilməz.
Qurani-Kərimin isveçli ekstremistlərin isveçli-danimarkalı lideri Rasmus Paludan tərəfindən yandırılması İsveç xalqının etirazına da gətirib çıxarıb.
İsveç polisi bildirib ki, Qurani-Kərimə hörmətsizlikdən sonra bu ölkənin bir neçə şəhərində qarşıdurmaların başlanmasından bəri qırxdan çox insan yaralanıbdır.