CIA direktoru Çinin Tayvana hücum etmək niyyətində olduğunu bildirib
May 09, 2022 20:23 Asia/Baku
-
Uilyam Burns
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi CIA-nin sədri Çin prezidentinin Tayvana hücum etmək niyyətində olduğunu iddia edib.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns həmçinin iddia edib ki, Çin Rusiyanın Ukraynadakı münaqişəsini diqqətlə izləyir və bu müharibə Çin prezidenti Si Cinpinin Tayvanla bağlı hesablamalarına təsir edir.
Çin, Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və dəfələrlə ABŞ-a orada hər hansı separatçı əhval-ruhiyyəni dəstəkləməmək barədə xəbərdarlıq edib. Çin ABŞ-ın bu addımını və Tayvana silah satmasını özünün suverenliyinin pozulması və Çinin siyasətinə zidd hesab edir.