Ukrayna Rusiya ilə müharibədə ordusunun itkilərini və yorğunluğunu etiraf edib
-
Aleksey Reznikov
Ukraynanın müdafiə naziri ölkənin silahlı qüvvələrinin Rusiya ilə müharibədə ağır itkilərini və yorğunluğunu etiraf edib və deyib: "Kiyevə uzaqmənzilli artilleriya lazımdır".
SəhərAzəri-nin məlumatına əsasən, Fars xəbər agentliyinin verdiyi məlumata görə, Ukraynanın müdafiə naziri "Aleksey Reznikov" dünən axşam "Wall Street Journal" qəzetinə verdiyi müsahibədə Ukrayna ordusundakı sursatların ciddi xəsarətlərə məruz qaldığını və yüksək itkilər verdiyini açıqlayıb.
"Biz hərbi hissələrimizi təkmilləşdirməli, dəyişdirməli və uyğunlaşdırmalıyıq. Çünki böyük itkilərimiz var. Biz tərəfdaşlarımızdan daha çox zirehli texnika və daha çox silah istəyirik", - deyə Reznikov bildirib.
Ukraynanın müdafiə naziri əlavə edib: "Biz bəzi əraziləri yenidən qurmalı, istehkamları yeniləməli və yeni əməliyyat strategiyasını planlaşdırmalıyıq".
Reznikov həmçinin qısa mənzilli "Javelin" raket komplekslərinin və yüngül tank əleyhinə raketlərin artıq Ukrayna silahlı qüvvələrinin prioritet avadanlıq siyahısında olmadığını bəyan edərək, Kiyevin hazırda uzaqmənzilli artilleriya texnikasına ehtiyacı olduğunu qeyd edib.
Bir neçə həftə əvvəl Almaniya mənbələri Kiyev hökumətinin Berlindən bu ölkəyə 100 ədəd "Haubitsa" özüyeriyən artilleriya qurğusu satmağı xahiş etdiyini bildirdilər.
Bununla belə bir müddət sonra "Spiegel" jurnalı Almaniya hökumətindəki mənbələrə istinadən yazıb ki, Berlin Ukrayna hərbçilərinin alman tankları və uzaqmənzilli artilleriyadan Rysiya torpaqlarına qarşı hücum etmək üçün istifadə etməsindən qorxduğu üçün onları təmin etməkdən imtina edib.
Rusiya Müdafiə Nazirliyi bazar günü bir hesabatda Ukrayna ordusunun Donbas bölgəsində xüsusi hərbi əməliyyat başlayandan bəri itkiləri barədə bildirib: "242 təyyarə, 137 helikopter, 1506 pilotsuz uçuş aparatı, 353 zenit-raket kompleksi, 3995 tank və digər zirehli texnika, 741 reaktiv yaylım atəşli döyüş maşını, 3127 top və səhra minaatanları, o cümlədən 4128 xüsusi təyinatlı hərbi texnika məhv edilib".