Rusiya Ukraynada növbəti hücum etapına hazırlaşır
-
Rusiya Ukrayna
Ukrayna ordusunun rəsmisi Rusiyanın bütün əməliyyat bölgələrində qüvvələrinin hərbi fəaliyyətinin artdığını elan etməsindən sonra deyibdir ki, Moskva Ukraynada növbəti hücum etapına hazırlaşır.
SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna ordusunun kəşfiyyat bölməsinin sözçüsü Vadim Skibitskiy dünən bildirib ki, yalnız hava və dənizdən raket hücumları həyata keçirilmir, həm də təmas xətti və ön cəbhə xətti boyunca gülləbaranın şahidi olmaq olar.
O, qeyd edib ki, hücum vertolyotlarından fəal istifadə də müşahidə edilir.
Ukrayna ordusu bildirib ki, Rusiyanın/ Donetsk rayonunda mühüm şəhər olan Slavyansk-a hücum etmək üçün ordu bölmələrini qruplaşdırmaqda olduğu təsəvvür olunur.
Belə bir halda, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya ordusunun bölmələrinə Ukraynanın/ şərqə və Moskvanın nəzarətində olan digər ərazilərə hücumlarının qarşısını almaq üçün əməliyyatları gücləndirməyi əmr edib.