İyul 18, 2022 13:45 Asia/Baku
  • Zaxarova
    Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü “Mariya Zaxarova” ABŞ-ın Ukrayna ilə bağlı hərəkətlərinə toxunaraq, Kiyevə hücumların davam edəcəyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə vurğulayıb ki, ABŞ və müttəfiqləri Kiyev rejiminin döyüş qabiliyyətini gücləndirməyə nə qədər çalışsalar da, Rusiya xüsusi hərbi əməliyyatı davam etdirəcək. Qarşıya qoyulan bütün məqsədlər yerinə yetiriləcək".

ABŞ hökuməti bazar günü bildirib ki, Ukrayna ilə döyüşdə Rusiya Hərbi Hava Qüvvələrini məğlubiyyəti üçün ukraynalı pilotlara təlim keçməyi planlaşdırır.Bu istiqamətdə ABŞ Konqresinin Nümayəndələr Palatası ukraynalı pilotlara ABŞ qırıcılarından istifadə etməyi təlim keçmək üçün 100 milyon dollar maliyyə dəstəyini təsdiqləyib.

Digər bir hadisədə, Britaniya Hərbi Hava Qüvvələri Rusiyaya qarşı növbəti təxribat xarakterli hərəkətdə özünün bir sıra Chinook helikopterlərini Estoniyanın Rusiya ilə sərhədi yaxınlığındakı hava bazasına göndərib.

Teqlər