İran regionda aviasiya üstünlüyünə nail olub
https://azeri.sahartv.ir/news/dünya-i391407-İran_regionda_aviasiya_üstünlüyünə_nail_olub
Terrorçu SENTKOM təşkilatının aviasiya qüvvələrinin komandanı İranın regionda aviasiya üstünlüyünə nail olduğunu bildirib və qeyd edibdir ki, o, «bu təhdid»ə çarə qılmaq tapşırığı alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2022 08:38 Asia/Baku
  • Aleksus Qrinkoviç
    Aleksus Qrinkoviç

Terrorçu SENTKOM təşkilatının aviasiya qüvvələrinin komandanı İranın regionda aviasiya üstünlüyünə nail olduğunu bildirib və qeyd edibdir ki, o, «bu təhdid»ə çarə qılmaq tapşırığı alıb.

SəhərAzəri-nin məlumatına əsasən, Dünən terrorçu SENTKOM təşkilatının aviasiya qüvvələrinin komandanı vəzifəsini qəbul edən Aleksus Qrinkoviç deyib ki, ABŞ-ın hərbi təyyarələri hələ də Yaxın Şərqin səmalarında üstünlüyə malikdirlər, amma özünəməxsus taktikalar həyata keçirən İran öz pilotsuzlarına görə, irəliyə doğru iri addımlar atıbdır.

O, bildirib: Əgər bir düşmən istədiyi hər bir işi görə bilir və biz onun qarşısını ala bilmiriksə, deməli,o, yerli aviasiya üstünlüyünə malik olmuş olur.

Müdafiə və hərbi xəbərləri işıqlandıran ixtisaslaşdırılmış ”Stars and Stripes” portalı bu haqda belə yazıb: Bu yüksək rütbəli amerikalı komandanın sözləri SENTKOM-un keçmiş komandanı Kent Makkenziin dəyərləndirməsilə eynidir. Makkenzi demişdi: İranın PUA qabiliyyətləri Koreya müharibəsindən bu yana, ilk dəfə olaraq, Amerikanın tam hava üstünlüyünü itirməsinə bais olubdur.

Qrinkoviç SENTKOM-un yeni komandanı Erik Kurillanın nəzarəti altında fəaliyyət göstərir. O, İranla bağlı ona həvalə olunmuş məsuliyyət barədə deyib: General Kurilla tərəfindən mənə həvalə olunmuş məsuliyyət, bu təhdidin zərərsizləşdirilməsi üçün havadakı nəzarət səviyyəmizi yenidən əldə edə bilmək yollarını öyrənməyimdən ibarətdir.