Sionist rejimin internet saytlarına edilən kiberhücumun təfərrüatları
-
kiberhücumu
Ötən saatlarda sionist rejimin internet saytlarına və virtual sisteminə edilən kiberhücumların detalları açıqlanıb.
SəhərAzəri-nin məlumatına əsasən, İslami müqavimət kanalı "Əl-Nücəba" bildirib ki, işğal olunmuş ərazilərdə fəaliyyət göstərən sionist rejimin bir neçə iri kommersiya şirkətinin saytları iraqlı kiberqrupu tərəfindən sındırılıb və onların səhifələrində İraq Xalq Səfərbər Qüvvələri Həşdüş-Şəbinin fotoları və himnləri yayımlanıb.
Həmçinin "Saberin News" kanalı da bildirib ki, başqa nir kiberhücumda işğal olunmuş ərazilərdə avadanlıq və elektronika satan internet saytları hədəfə alınıb və onların səhifələrində İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin keçmiş komandanı, şəhid general-leytenant Hacı Qasım Süleymaninin fotoları "Həşdüş-Şəbi"nin himnləri dərc olunub.
Ötən aylarda bir neçə kiberhücum həyata keçirmiş "Əl-Tahirə" haker qrupu bu hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.