Mora iddia edib: Bütün tərəflər üçün mümkün olan ən yaxşı razılaşma masadadır
Avropa İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin müavini və Vyana danışıqlarının koordinatoru bir tvitdə mümkün olan ən yaxşı razılaşmanın masada olduğunu bildirib və bütün tərəfləri onu yekunlaşdırmaq üçün son addımı atmağa çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Enrike Mora çərşənbə günü tvitində yazıb: "Bütün tərəflər üçün mümkün olan ən yaxşı sövdələşmə masadadır. Bu, İran xalqı üçün aydın, ölçülə bilən iqtisadi faydalar və beynəlxalq ictimaiyyət üçün yoxlanıla bilən nüvə silahlarının yayılmaması faydalarını təmin edir. Bütün iştirakçıları son addımı atmağa dəvət edirəm".
Avropa İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Financial Times qəzetində yazdığı məqalədə, dialoq tərəflərinə "təhlükəli böhranın" baş verməsinin qarşısını almaq üçün anlaşma layihəsinin hazırlandığını və təqdim edildiyini bildirib.
O, ABŞ-ın İrana qarşı maksimum təzyiq kampaniyasının uğursuzluğa düçar olduğunu bildirib və bütün tərəfləri nüvə razılaşmasını xilas etmək üçün hərəkətə keçməyə çağırıb.