Lavrov: Rusiyadan sonra ABŞ-ın növbəti hədəfi Çin olacaq
https://azeri.sahartv.ir/news/dünya-i391604-lavrov_rusiyadan_sonra_abŞ_ın_növbəti_hədəfi_Çin_olacaq
Rusiyanın XİN başçısı xəbərdarlıq edib ki, Rusiyadan sonra ABŞ-ın növbəti hədəfi Çin olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2022 06:17 Asia/Baku
  • Lavrov: Rusiyadan sonra ABŞ-ın növbəti hədəfi Çin olacaq

Rusiyanın XİN başçısı xəbərdarlıq edib ki, Rusiyadan sonra ABŞ-ın növbəti hədəfi Çin olacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov Rusiyanın Əddis-Əbəbədəki səfirliyində xarici diplomatlar qarşısında çıxışında bildirib : "Düşmənlər siyahısında Rusiyadan sonra Çin Qərbin növbəti hədəfi olacaq və qıcıq yaradan istənilən dövlətə qarşı sanksiyalar tətbiq oluna bilər." 

Onun sözlərinə görə, NATO öz düşmənlərini qaydasında təyin edir. Rusiya birincidir. Çin - ikinci.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri onu da qeyd edib ki, lazım gələrsə, Qərb qıcıq yaradan istənilən ölkəyə qarşı sanksiyalar tətbiq etməkdən çəkinməyəcək.

Bir müddət əvvəl Lavrov Qərbin özünə tabe olmayan istənilən ölkəni cəzalandıracağını bəyan etmişdi. Rusiya XİN rəhbəri hesab edir ki, eyni zamanda, əksər dövlətlər öz müstəqilliklərini müdafiə edəcəklər.