İyul 31, 2022 14:17 Asia/Baku
  • BMT Ukraynadakı təcridxanaya qarşı aviahücum haqda təhqiqata başlaya bilər

BMT Ukraynanın şərqində yerləşən qondarma Donetsk Respublikasındakı Yelenovka təcridxanasına qarşı ölümcül aviahücum haqda təhqiqat aparmağa hazır olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, BMT baş katibi sözçüsünün müavini Fərhan Həqq yerli vaxtla şənbə günü jurnalistlərə bildirib ki, bu beynəlxalq orqan tərəflərin razılığı ilə Yelenovka təcridxanasına qarşı ölümcül aviahücum haqda təhqiqat aparmaq üçün ekspertlər qrupu göndərməyə hazırdır.

Belə bir halda, Rusiya Müdafiə Nazirliyi Ukrayna prezidenti Vladimir Zelenski, onun cinayətkar rejimi və Amerikanı Ukrayna təcridxanasına qarşı ölümcül hava hücumunda məsuliyyət daşıyan tərəflər kimi təqdim edib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, ölümcül hava hücumu zamanı Yelenovka təcridxanasında 193 nəfər olub.

Nazirliyin verdiyi şərhə görə, Yelenovka təcridxanasına qarşı ölümcül hava hücumunda ölənlərin sayı hazırda əlli nəfərdir, 75 nəfər isə kəskin yara və zədələrlə xəstəxanaya yatırılb.

Rusiya Müdafiə Nazirliyinin bundan qabaq verdiyi məlumata görə, “РСЗО HIMARS” tipli amerikan raketlərdən istifadə edən Ukrayna hərbçiləri iyulun 29-da qondarma Donetsk Respublikasının Yelenovka şəhərində yerləşən, “Azov” batalyonunun əsir düşmüş döyüşçülərinin saxlanıldığı təcridxanaya aviazərbələr endiriblər.

Teqlər