İstilər 2064 nəfəri öldürdü
https://azeri.sahartv.ir/news/dünya-i391714-İstilər_2064_nəfəri_öldürdü
İyul ayında İspaniyada qeydə alınan anomal istilər 2064 nəfərin ölümünə səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2022 13:52 Asia/Baku
  • İstilər 2064 nəfəri öldürdü

İyul ayında İspaniyada qeydə alınan anomal istilər 2064 nəfərin ölümünə səbəb olub.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə III Karlos Sağlamlıq İnstitutunun saytında məlumat verilib.

Ölənlər arasında 14 yaşa qədər 10 uşaq da olub.

Ən yüksək ölüm sayı 18-19 iyul tarixlərində qeydə alınıb – 184 nəfər. Həmin günlərdə İspaniyada temperatur 38-40 dərəcə təşkil edib.