Avq 03, 2022 19:14 Asia/Baku
  • ABŞ-ın Çindəki səfiri XİN-ə çağırılıb

Çin Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri ilə əlaqədar etiraz notası təqdim etmək üçün ABŞ-ın Pekindəki səfiri Xarici İşlər Nazirliyinə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Çinin xarici işlər nazirinin müavini Xie Feng Nikolas Bernsə xitabən,  Pelosinin Tayvana səfərini Vahid Çinlə bağlı Pekin-Vaşinqton razılaşmasının pozulması kimi dəyərləndirib.

Çin diplomatı ABŞ səfirinə deyib: "Pelosinin səfərinin təbiəti son dərəcə pisdir və nəticəsi çox ağırdır. ABŞ öz səhvinin əvəzini ödəməlidir. Çin lazımi və qətiyyətli əks tədbirlər görəcək və biz dediklərimizi nəzərdə tuturuq".

Bu səfər Çinin onun nəticələri ilə bağlı sərt xəbərdarlıqlarına məhəl qoymadan həyata keçirilib və ABŞ ilə Çin arasında siyasi gərginliyin artmasına səbəb olub.

Pelosinin Tayvana səfərinin səbəbləri ilə bağlı bir neçə mühüm məqam var: 

Birincisi, demokratlar Nümayəndələr Palatasının qarşıdan gələn aralıq seçkilərində öz mövqelərini möhkəmləndirməyə çalışırlar, ona görə də nəyin bahasına olursa-olsun, öz anti-Çin siyasətlərindən təbliğat üçün yararlanmağa çalışırlar.

İkincisi, bu adanın hakimiyyətində Tayvanın müstəqilliyinin tərəfdarı olan fraksiyasının olması Vaşinqtona Çini sıxışdırmaq imkanı verib.

Teqlər