Avq 05, 2022 19:20 Asia/Baku
  • Koronavirus ABŞ tərəfindən düzəldilib

Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi deyib: Müxtəlif faktlar göstərir ki, ehtimal üzrə koronavirusun istehsalı və dünyada yayılmasında amerikalıların əlləri olub.

Rusiya ordusunun kimyəvi və bioloji mühafizə qüvvələrinin komandanı İqor Krılov söyləyib: Amerika Beynəlxalq İnkişaf Agentliyi 2009-cu ildən yeni növ koronovirusların öyrənilməsi və bu virusları daşıyan yarasaların tutulması üzərində təmərküzləşmiş “Proqnozlaşdırma” adlı layihəyə sərmayə yatırıb.

Krılov əlavə edib: ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin üzvü Ceyson Krou mili təhlükəsizlik konfransında vətəndaşlara xəbərdarlıq etdi ki, öz DNT nümunələrini xüsusi şirkətlərə təhvil verməsinlər, zira onlar üçüncü tərəflərə satıla bilər.

Krılov koronavirusun naməlum növünün yayılması təqdirində görüləcək tədbirlər üzərində təmərküzləşmiş konfransa da işarə edib.

Rusiya Müdafiə Nazirliyinin bu rəsmisi deyib: Bu tədbirlərin fonunda koronavirus bir növ vasitə yolu ilə, yəni donuz vasitəsilə insana keçirilib. Milyonlarla insanın həyatına son qoyan ispan qripi də məhz bu formada pandemiyaya çevrilmişdi.

Teqlər