Avq 09, 2022 12:04 Asia/Baku
  • İnstaqram
    İnstaqram

Sionist rejimlə tam eyni yolu gedən İnstaqram sosial şəbəkəsi bu rejimin Qəzzə əhalisini qırğın etmək sahəsindəki cinayətlərini ört-basdır etmək üçün beş yaşlı fələstinli şəhid Əla Qəddumun foto-şəklinin yenidən yayılmasını qadağan edib.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim ordusu cümə günü axşamdan etibarən, Qəzzə zolağının müxtəlif bölgələrinə qarşı aviasiya və artilleriya hücumlarına başlayıb.

Bu vəhşi hücumlar nəticəsində 15-i uşaq və 2-si qadın olmaqla 45 nəfər şəhid olub. Həmçinin 96-sı uşaq, otuzu qadın və on ikisi yaşlı şəxs olmaqla 360 nəfərdən çox insan da yaralanıbdır.

Bu uşaqlardan biri, küçədə oynayarkən sionist rejimin təcavüzkar hücumlarına məruz qalıb, şəhid olan beş yaşlı fələstinli uşaq "Əla Qəddum" idi.

İnstaqram sosial şəbəkəsinin yuxarıda qeyd edilən hərəkəti fələstinlilərin hüquqlarının müdafiəçilərinin və aktivistlərin geniş etiraz və tənqidlərilə üzləşib.

Məşhur ingilis aktivist Lou Key yazıb: İnstaqram mənim bu fələstinli uşağın şəhadəti barədəki tarixçəmi silib və iddia edibdir ki, bu tarixçənin yayılması təhlükəli və zorakı təşkilatların fəaliyyətinə nəzarət üzrə təlimatları pozur.

Lou Key ifşa edibdir ki, İsrail rejimindən olan Emmi Palmor İnstaqram və Facebook-un məzmununa nəzarət heyətinin üzvlərindən biridir.

İlk dəfə deyildir ki, İnstaqram Fələstin məsələsi barədə olan yazıları senzura etməkdə ittiham olunur.

 

Teqlər