Fransada yeni yanğın rekordu
Avropa Meşə Yanğınları Məlumat Sistemi bildirib ki, Fransa 2022-ci ilin yayında meşə yanğınlarının həyəcan verici rekordunu qeydə alıb.
SəhərAzəri-nin məlumatına əsasən, Avropa Meşə Yanğınları İnformasiya Sistemi 2022-ci ilin əvvəlindən Fransada meşə yanğınlarında 47 min hektardan çox ərazinin yandığını bildirib.
Bu statistika elə bir halda açıqlanır ki, Fransanın cənubu neçəinci dəfərdir ki geniş yanğınların şahididir.
Son aylarda iqlim dəyişikliyi Avropa qitəsinin çoxlu yanğınlarla üzləşməsinə səbəb olub. Qalıq yanacaqların yandırılması nəticəsində atmosferdə karbon qazının yığılması bütün dünyada, o cümlədən Avropada istilik dalğalarını gücləndirib.
Son həftələrin isti dalğası və 2022-ci ilin əvvəlindən Fransada yağıntıların olmaması quraqlığa səbəb olub.
İsti dalğası Avropanın bütün qərb bölgələrini əhatə edib və Fransanın cənub-qərbində, İspaniyada və Portuqaliyada meşə yanğınlarına səbəb olub.