Avq 13, 2022 17:00 Asia/Baku
  • Rusiya ABŞ-la münasibətlərin tamamilə kəsilməsi ilə bağlı xəbərdarlıq edib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi xəbərdarlıq edib ki, Moskva ilə Vaşinqton arasında münasibətlər “geri dönməz nöqtəyə" çata və indiki vəziyyətdən daha da pisləşə bilər.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin rəhbəri Aleksandr Darçiyev deyib ki, əgər ABŞ Senatı Rusiyanı "Terrorizmə sponsorluq dövlət" kimi tanıyan qanun layihəsini təsdiqləyərsə, bu, Vaşinqtonun geri dönüş nöqtəsini keçdiyi anlamına gələcək.

Darçiyev əlavə edib: "Əgər bu baş verərsə, ikitərəfli diplomatik münasibətlərə "ən ciddi ziyana, onların səviyyəsinin aşağı düşməsinə və hətta kəsilməsinə gətirib çıxaracaq".

ABŞ Senatı ötən çərşənbə günü yekdil səslə Dövlət Departamentindən Rusiyanı Çeçenistan, Gürcüstan, Suriya və Ukraynadakı hərəkətlərinə görə terrorizmi himayə edən dövlət kimi təyin etməyi xahiş edən məcburi olmayan qanun layihəsini təsdiqləyib.

Teqlər