Tramp, iqamətgahından müsadirə olunmuş sənədlərin məxfi olduğunu rədd edib
https://azeri.sahartv.ir/news/dünya-i392141-tramp_iqamətgahından_müsadirə_olunmuş_sənədlərin_məxfi_olduğunu_rədd_edib
Amerikanın sabiq prezidenti Donald Tramp Floridadakı iqamətgahında məxfi və təsnif edilmiş sənədlərin aşkarlanması və müsadirə olunmasına dair xəbərlərin yayılmasından sonra bu sənədlərin məxfi olmadığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2022 06:50 Asia/Baku
  • Tramp, iqamətgahından müsadirə olunmuş sənədlərin məxfi olduğunu rədd edib

Amerikanın sabiq prezidenti Donald Tramp Floridadakı iqamətgahında məxfi və təsnif edilmiş sənədlərin aşkarlanması və müsadirə olunmasına dair xəbərlərin yayılmasından sonra bu sənədlərin məxfi olmadığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Amerikanın sabiq prezidenti Donald Trampın ofisi bir bəyanatda iddia edibdir ki, o, bu sənədləri məxfi və təsnif edilmiş vəziyyətdən çıxarmaq üçün öz prezidentlik dövründəki səlahiyyətlərindən istifadə edib.

Bəyanatda deyilir: Tramp Ağ Evin ofisindən evinə köçürülən sənədlərin təsnif edilmiş vəziyyətdən çıxarılması haqda qəti göstəriş vermişdi.

Amerikada çıxan “Uol Strit Cournal” qəzeti cümə günü dərc etdiyi bir reportajda yazıb: Amerika Federal Təhqiqat Bürosu bazar ertəsi günü Donald Trampın Florida ştatındakı “Mare Laqo” iqamətgahına qarşı hücumda təxminən 20 qutu sənəd, o sıradan on bir məxfi sənədələr toplusunu aşkar və müsadirə edibdir.