Trampın evində müsadirə edilmiş sənədlər superməxfilikdən də həssasdır
Avq 14, 2022 18:59 Asia/Baku
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri bu ölkənin sabiq prezidentinin evindən müsadirə edilmiş sənədləri superməxfilikdən də həssas adlandırb. Bildirib ki, Donald Trampın bu hərəkəti qanunsuzdur.
SəhərAzəri-nin məlumatına əsasən, Amerika Federal Təhqiqat Bürosu məmurlarının bu ölkənin sabiq prezidenti Donald Trampın evinə basqın etmələri və onun Florida ştatındakı iqamətgahından superməxfi sənədlər məcmuəsinin müsadirə edilməsinə toxunan Nensi Pelosi deyib ki, bu sənədlər Amerikanın təhlükəsizliyi ilə əlaqədardr.