Avq 18, 2022 16:26 Asia/Baku
  • NATO Avropanın ən iri AES-nin təftiş edilməsini istəyib

NATO-nun baş katibi MAQATE-nin Ukraynada yerləşən Zaporojye Atom Elektrik Stansiyasında təcili təftiş aparmasını istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, Yens Stoltenberq dünən bildirib ki, bu təsisatın rus əsgərlər tərəfindən işğal edilməsi,onun təhlükəsizliyi üçün ciddi təhdid olub, adi və ya nüvə hadisəsi təhlükəsini artırır. Buna görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən təftiş icasəsinə və bütün rus qüvvələrin çıxmalarına təcili ehtiyac var.

O, sonra vurğulayıb: Rusiyanın Zaporojyeyə nəzarət etməsi, Ukrayna xalqını, qonşu ölkələri, həmçinin dünya ictimaiyyətini təhlükə qarşısında qoyur.

Avropada ən iri Atom Elektrik Stansiyası sayılan Zaporojye Atom Elektrik Stansiyası Ukraynanın cənub-şərqində yerləşən Enerqodar şəhərində yerləşir. Bu stansiya mart ayının əvvəllərində, müharibənin başlandığı ilk günlərdə rus qüvvələrin əlinə keçdi. Kiyev və Moskva avqustun beşindən etibarən, bir-birilərini oranı bombalamaqda ittiham edirlər.

Zaporojye Atom Elektrik Stansiyasının ətrafı ötən həftənin cümə günü də ukraynalı qüvvələr tərəfindən atəşə tutuldu.

Rusiya müdafiə nazirliyi ukraynalı qüvvələrin bu həfəkətini BMT konvensiyasına əsasən, bir nüvə terror hərəkəti adlandırıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ötən şənbə günü Zaporojye Atom Elektrik Stansiyasının ətrafının atəşə tutulmasını pislədi və dedi ki, bu hərəkət bir nüvə faciəsi təhlükəsinə gətirib çıxaracaq.

 

Teqlər