Avq 20, 2022 10:00 Asia/Baku
  • BMT Zaporojye AES-in demilitarizasiya edilməsinə çağırıb

BMT-nin baş katibi Zaporojye Atom Elektrik Stansiyası və onun ətrafındakı ərazinin hərbisizləşdirilməsinə çağırıb.

SəhərAzəri-nin Röyters-ə istinadən məlumatına əsasən,BMT-nin baş katibi Antonio Quterreş Ukraynanın qərbində yerləşən Lvov şəhərində danışıqlardan sonra jurnalistlərə açıqlamasında Zaporojye AES və ətrafındakı vəziyyətdən ciddi narahat olduğunu bildirərək, hərbi texnika və personalın zavoddan çıxarılmalı olduğunu deyib və onun hərbi əməliyyatların hədəfi olmaması üçün səy göstərməyə çağırıb. 

Quterreşin bu çağırışı elə bir halda səsləndirilir ki, Zaporojye Regional Şurasının üzvü Vladimir Roqov bildirib ki, Ukrayna qüvvələri cümə axşamı Zaporojye atom elektrik stansiyasının yerləşdiyi Enerhodar şəhərinə ağır artilleriya zərbələri endiriblər.  

Ukraynanın cənub-şərqindəki Enerhodar şəhərində yerləşən və Avropanın ən böyük atom elektrik stansiyası hesab edilən Zaporojye atom elektrik stansiyası martın əvvəllərində müharibənin ilk günlərində Rusiya qüvvələrinin nəzarətinə keçib. Kiyev və Moskva avqustun 5-dən bir-birini nüvə stansiyasını atəşə tutmaqda ittiham edir.

Teqlər