Müzakirələr uğurlu olarsa, Zaporojyeyə gedəcəyik
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bildirib ki, Zaporoje Atom Elektrik Stansiyası missiyası qarşıdakı bir neçə gündə həyata keçirilə bilər.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya mart ayında Avropada ən iri Atom Elektrik Stansiyası sayılan Zaporoje Atom Elektrik Stansiyasını öz nəzarəti altına aldı.
Ukraynada gedən döyüşərin ön cəbhəsindən o qədər də uzaqda olmayan bu AES, son həftələrdə bir neçə dəfə atəşə tutulub və bir nüvə faciəsinin baş verməsi barədə nigarançılıqları artırıbdır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bildiribdir ki, cari müzakirələrin uğurlu olacağı halda, Ukraynada yerləşən Zaporoje Atom Elektrik Stansiyası missiyası qarşıdakı günlərdə həyata keçiriləcək.
Belə bir halda, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya çərşənbə günü səhər bildiribdir ki, Ukrayna qüvvələri Zaporoje Atom Elektrik Stansiyasının ətrafını bombalamağa davam edirlər ki, bu məsələ faciəli nəticələrə gətirib çıxara bilər. O, qeyd edib ki, AES-in bəzi blokları Ukraynanın hücumları nəticəsində zərər çəkibdir.
Ukraynanın bu stansiyanın ətrafındakı bölgələrə qarşı hücumlarda Qərb ölkələrinin istehsal etdikləri silahlardan istifadə etdiyini vurğulayan Nebenzya qeyd edib ki, Qərb bu sahədə ehtimal olunan hadisələrdə məsuliyyət daşıyır.
Ukrayna xalqının təhlükəsizliyi və gələcəyi Kiyevi himayə edənləri maraqlandırmır- deyən Nebenzya BMT-nin baş katibini də tənqid edib və belə vurğulayıb: Biz BMT baş katibindən ukraynalıların Zaporoje Atom Elektrik Stansiyasına qarşı hücumunu pisləyən bir söz eşitməmişik.
O, əlavə edib: Moskva Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Zaporoje Atom Elektrik Stansiyasına bir qrup göndərmək üzrə səylərini himayə edir.