Avq 24, 2022 20:07 Asia/Baku
  • ABŞ-ın Ukraynaya ən iri hərbi köməyi elan olunub

ABŞ prezidenti Ukraynanın müstəqillik günündə bu ölkəyə təxminən üç milyard dollar dəyərində yeni hərbi yardım paketinin təqdim edilməsindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Co Bayden deyibdir ki, bu, Vaşinqtonun indiyədək ən böyük öhdəliyidir.

Ağ Evin çərşənbə günü yayılan mətbuat bəyanatında Baydenə istinadla deyilir: Birləşmiş Ştatlar, öz suverenliyini müdafiə sahəsində mübarizəsini davam etdirməkdə Ukrayna xalqını himayə etməyə sadiqdir. Bu öhdəliyin bir hissəsi kimi, mən bu günədək özümün ən böyük təhlükəsizlik köməyimizi elan etmək şərəfinə nail olmuşam; belə ki, Ukraynaya “Təhlükəsizlik Yardımı Təşəbbüsü” yolu ilə təxminən 2,98 milyard dollar dəyərində silah və təchizat təqdim ediləcək.

Baydenin sözlərinə görə, yeni yardım Kiyevə yeni hava hücumundan müdafiə sistemləri, artilleriya və hərbi sursatlar, PUA hücumundan müdafiə sistemləri və radar almaq imkanı verəcək.

 

Teqlər