Avq 29, 2022 11:28 Asia/Baku
  • Texasda silah alqısı üzrə yaş həddilə bağlı aksiya keçirilib

ABŞ-ın Texas ştatının Ostin şəhərinin sakinləri bir aksiyada silah alqısı üzrə minimum yaş həddinin qaldırılmasını tələb ediblər.

Texas ştatının konqres binasının önündə keçirilən bu aksiyanın iştirakçıları öz tələblərini Yuvalde məktəbindəki ölümcül atəşaçmanın ardınca irəli sürüblər.

Aksiyaçılar AR-15 tipli yarımavtomat silah almaq üçün yol verilən minimum yaş həddinin 21 yaşa qaldırılmasını tələb ediblər.

May ayında on səkkiz yaşlı bir gənc elə bu silahdan istifadə etməklə Yuvalde şəhərindəki «Rob» ibtidai məktəbinə basqın edib, on doqquz uşağı və bir müəllimi qətlə yetirdi.