Sen 01, 2022 11:07 Asia/Baku
  • 20-lər qrupu
    20-lər qrupu

20-lər qrupunun dünyanın iqlim durumuna həsr olunmuş birgünlük yığıncağı, qrupa üzv ölkələr tərəfindən birgə bəyanat yayılmadan çərşənbə günü İndoneziyanın Bali şəhərində öz işini başa vurub.

SəhərAzəri-nin məlumatına əsasən, Yığıncağın bağlanış mərasimində yer kürəsinin qızması barədə xəbərdarlıq edən İndoneziya hökuməti dünya ölkələrini bununla bağlı zəruri həll yollarının təqdimatı istiqamətində əməkdaşlığa çağırıb.

Bu birgünlük konfransda İndoneziya 20-lər qrupunun hazırkı sədri kimi yalnız qrup üzvlərinin iqlim dəyişikliklərilə mübarizə tərzi barədəki fikir ayrılıqlarını əks etdirmək və yığıncağın hədəflərindən bir xülasə təqdim etməklə kifayətlnibdir.

20-lər qrupunun iqlim konfransının keçirilməsi fonunda xatırladaq ki, yanğın, sel və istillər dalğası kimi kəskin iqlim hadisələri dünyanın bir neçə hissəsini təsir altına alıbdır.