İran PUA-ları macərası və amerikanların təzadlı iddiaları
-
PUA
Qərbin siyasi dairələri və mediaları İrana qarşı siyasi təzyiqləri artırmaq məqsədilə Ukrayna savaşında istifadə olunmaq üçün İran pilotsuzlarının Rusiyaya satışı haqda xəbər uydurublar. Amma bu xəbər düzəltməklə onlar əslində modern PUA-ların istehsalı sahəsində İranın diqqətəlayiq elmi-texnki qabiliyyətlərini dünya xalqlarının gözləri önünə sərgiləmiş olublar.
SəhərAzəri-nin məlumatına əsasən, Təxminən iki ay bundan qabaq və Qətərin Doha şəhərində İrana qarşı sanksiyaların ləğvi müzakirələrinin bərpa edilməsilə, ilk dəfə olaraq, İran PUA-larının Rusiyaya satışı iddiası Qərbin siyasi dairələri və mediaları tərəfindən irəli sürüldü.
Bu məsələ üzərində təmərküzləşmə iki məqsədlə təqib olunur. Birincisi, ümumi fikri İran İslam Respublikasının hərbi qabiliyyətlərinə həssas etmək, ikincisi, onu Ukrayna savaşı ilə əlaqələndirmək.
Ağ Ev-in milli təhlükəsizlik müşaviri Ceyk Sallivan iyulun on birində bildirdi ki, İran öz pilotsuzlarını Ukrayna müharibəsində istifadə edilmək məqsədilə Rusiyanın ixtiyarına qoymaq niyyətindədir.
İranın xarici işlər naziri bu məsələni təkzib etsə də Qərb mediaları Əmir-Abdullahiyanın sözlərinə məhəl qoymadan yalan yaymaq prosesini davam etdirdilər.
İyulun on altısında CNN telekanalı iddia etdi ki, Rusiya heyəti iyun ayında azı iki dəfə istiqamətləndirilən raketlər daşımaq qabiliyyətinə malik olan pilotsuz uçuş aparatlarının saxlanıldığı Kaşan bazasında olubdur.
Qərbin siyasi dairələri və mediaları İrana qarşı siyasi təzyiqləri artırmaq məqsədilə İran pilotsuzlarının Rusiyaya satışı haqda xəbərlər düzəltsələr də, əslində modern PUA-ların istehsalı sahəsində İranın diqqətəlayiq elmi-texnki qabiliyyətləri dünya xalqlarının gözləri önündə sərgilənmiş oldu və Qərb mediaları əsla bunu gözləmirdilər.
Yaranmış prosesi yavaşıtmaq üçün "Vaşinqton Post" amerikan qəzeti avqustun 29-da İran PUA-larında qüsurun olması haqda ziddiyyətli sözlər işlətməklə yazdı ki, ruslar İran pilotsuzlarından istifadədə texniki problemlərə düçar olub, xeyli sayda məğlubiyyətlə üzləşiblər.
Belə bir halda, elə bu amerikan qəzet, məhz həmin zamanda, satın alınmış pilotsuzların İran tərəfindən Rusiyaya yüklənməsindən xəbər verdi.
Bu reportaj oxucunu daha çox qane etmək üçün Amerikadakı bir neçə təhlükəsizlik rəsmisinin adından yazdı ki, pilotsuzlar yükü avqustun on doqquzunda, yük təyyarələri tərəfindən İrandan Rusiyaya ötürülübdür.
Məlum deyil ki, bu qəzet, bu barədə xəbər yaratmaq üçün, necə, PUA-ların nöqsanlı olmaları ilə, onların Ukrayna savaşında istifadə olunmaq üçün Rusiya istiqamətinə yüklənməsi arasındakı təzada diqqət yetirməyibdir?
"Vaşinqton Post" qəzetinin Rusiyanın modern İran PUA-ları ilə silahlanması iddiası ilə, rusların elə həmin pilotsuzların texniki nasazlıqlarından narazı olmaları barədəki iddiaları, Qərb medialarının İrana qarşı atmosfer yaratmaq sahəsində çaş-baş qaldıqlarını göstərir. Bu hərəkət tamamilə qeyri-peşəkar bir rəftar sayılır və ilk növbədə onların özlərinin etibardan düşmələrinə səbəb olacaq.