Liz Trass rəsmən İngiltərənin baş naziri olub
Sen 07, 2022 17:49 Asia/Baku
Liz Trass İngiltərə kraliçası tərəfindən bu ölkənin yeni baş naziri kimi təqdim olunub.
SəhərAzəri-nin məlumatına əsasən, İngiltərə kraliçası bu gün rəsmi surətdə Mühafizəkarlar Partiyasının yeni liderini bu ölkənin yeni baş naziri kimi təqdim edib.
İstefa vermiş baş nazir Boris Conson ondan az öncə ikinci Elizaveta ilə rəsmi görüşdə rəsmi şəkildə vəzifəsindən kənara çəkilmişdi.
Trass İngiltərə tarixində üçüncü qadın baş nazir sayılır. Qırx yeddi yaşlı Liz Trass,/ hökumətinə dəstəyin azalmasına bais olmuş rüsvayçılıqdan aylar sonra, iyul ayında istefasını elan etməyə məcbur olan Boris Consonun yerini tutur.