Fransalıların elektrik şoku
Fransada elektrik enerjisi qiymətinin misli görünməmiş və heyrətləndirici tərzdə artması, elektrik və qaz şirkəti olan ODF şirkəti ilə Fransa hökuməti arasındakı çəkişmələri yüksəldibdir.
Son həftələr Fransada elektrik qiymətinin artması ilə, fransız istehlakçı təşkilatı, bu ölkədə elektrik enerjisi qiymətinin misli görünməmiş tərzdə artması barədə xəbərdarlıq edib.
İndiyədək xalqı və bütün sektorları mötədilliyə və elektrik enerjisi istehlakında qənaətə çağırmış Fransa prezidenti Emmanuel Makron elektrik və qaz şirkəti tərəfindən elektrik enerjisi qiymətinin kəskin tərzdə artırılması qarşısında reaksiya göstərib.
Makron elektrik enerjisi qiymətinin astronomik şəkildə artırılmasını məsuliyyətsiz və qəbuledilməz bir qərar adlandırıb.
Əhaliyə görə elektrik enerjisinin qiyməti barədə eşidilən söz-söhbətlər məsuliyyətsiz və qəbuledilməzdir.
Fransa elektrik və qaz şirkəti- ODF, cari milad ilinin payızı və qışı, eləcədə də gələn il üçün elektrik enerjisinin qiymətini hər meqavat-saatda 900-1500 avro elan edib. Bu, hər meqavat-saatda 40-80 avro civarında olan onun təbii və adi qiymətindən 20-30 dəfə çoxdur.
Bu iri fransız şirkət elektrik enerjisi qiymətinin misli görünməmiş tərzdə artmasının səbəbini Rusiyadan qaz ixracatının kəsilməsi, Ukrayna müharibəsinin nəticələri, eləcə də təmir işləri məqsədilə nüvə reaktorlarından yarısının şəbəkədən çıxarılmasında görür.
Fransalılar bu həftənin sonunadək iri bir aksiya tədarük görüblər. Bu etirazların mehvəri, yanacaq və enerji böhranıdır.