Sen 16, 2022 12:15 Asia/Baku
  • Rusiya ABŞ-ın Ukraynaya verdiyi uzun mənzilli raketlərin istifadəsini qırmızı xətt adlandırıb

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Kiyevi daha uzun mənzilli raketlərlə təchiz etməsini Rusiyanın "qırmızı xətti" adlandırıb və deyib: "Ukraynanın bu raketlərdən istifadə edəcəyi təqdirdə, Rusiya öz ərazisini müdafiə etmək hüququnu özündə saxlayır".

Rusiya Xarici İşlər Nazirliyi cümə axşamı bildirib ki, ABŞ Kiyevi daha uzun mənzilli raketlərlə təchiz etmək qərarına gəlsə, o, qırmızı xətti keçəcək və münaqişənin birbaşa tərəfinə çevriləcək.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bir brifinqdə deyib: "Əgər belə raketlər ABŞ tərəfindən Ukraynaya çatdırılıb, istifadə edilərsə, Rusiya öz ərazisini müdafiə etmək hüququnu özündə saxlayır".

Vaşinqton açıq şəkildə Ukraynanı HIMARS buraxılış qurğularından atılan və 80 km  məsafədəki hədəfləri vura bilən qabaqcıl GMLRS raketləri ilə təmin edib.