Sen 17, 2022 10:37 Asia/Baku
  •  Putin: Dünya siyasətində və iqtisadiyyatında dönməz dəyişikliklər baş verir

Rusiya prezidenti bəyan edib ki, dünya siyasətində və iqtisadiyyatında dönməz dəyişikliklər baş verir.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) geniş tərkibdə keçirilən sammitində çıxışı zamanı ölkələri öz siyasətlərində “iqtisadi eqoizm” və qeyri-qanuni sanksiyalardan istifadə etməyi dayandırmağa çağırıb. 

 

Rusiyanın dövlət başçısı əlavə edib: "Təşkilatımız qeyri-blok xarakterlidir, dünyanın aparıcı iqtisadiyyatlarında maliyyə və enerji sahəsində, bir sıra sistemli səhvlər nəticəsində yaranan və artan enerji, ərzaq problemlərinin həllinə yardım göstəririk". 

Rusiya lideri qeyd edib ki, Rusiyanın siyasətində heç bir “eqoizm” yoxdur.

"Ümid edirik ki, iqtisadi əməkdaşlığın digər iştirakçıları da eyni prinsiplər üzərində siyasət quracaq, proteksionizm, qeyri-qanuni sanksiyalar və iqtisadi eqoizm alətlərindən öz məqsədləri üçün istifadə etməyi dayandıracaqlar", - deyə Kreml rəhbəri vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin əminliklə bildirib ki, dünya siyasətində və iqtisadiyyatında dönməz dəyişikliklər baş verir. O deyib: "Dünya siyasətində və iqtisadiyyatında köklü transformasiyalar təsvir edilib və onlar geri dönməz xarakter daşıyır".