Sen 30, 2022 20:13 Asia/Baku
  • ABŞ-ın

Rusiya yeni fakt və sənədlər təqdim etməklə ABŞ-ın "Şimal Axını" bir və iki boru kəmərlərinin partladılmasındakı rolunu ifşa edib. Həmçinin Moskva BMT Təhlükəsizlik Şurasından bu məsələyə baxmasını istəyib.

Baltik dənizində "Şimal Axını" bir və iki boru kəmərlərindən qaz sızması bir neçə gündür ki, Rusiyanın Amerika və Avropa ilə əlaqələrində yeni bir qalmaqala çevrilib. Qərblilərin öncə bu məsələdə Moskvanı ittiham etdikləri bir halda, Rusiya hazırda müəyyən faktlar təqdim edibdir. Həmin faktlar göstərir ki, Amerika bu hadisənin baş verməsində rol oynayıb.

Rusiya federal təhlükəsizlik təşkilatı bildirib:

"Rusiyanın əldə etdiyi sənədlər göstərir ki, amerikan vertolyotlar hadisə baş verməzdən az öncə və hadisədən bir neçə saat sonra ümumilikdə doqquz saat müddətinə partlayış məkanının yaxınlığında və Baltik dənizinin üzərində uçub və patrul keçməklə məşğul olublar."

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova üstüörtulu surətdə Amerikanın bu hadisədə əlinin olmasını ifşa edibdir.

İsveç və Danimarkanın Rusiyanın iştirakı olmadan bu hadisədə təhqiqata başladıqları bir halda, Rusiya xarici işlər nazirliyinin sözçüsü bu ölkənin təhqiqat gedişatında iştirak etməsini istəyibdir.

"Şimal Axını" bir və iki boru kəmərlərində təxribat Rusiya ilə Avropanın Ukrayna münaqişəsi haqda müzakirə və raılaşma əldə etməkdə olduqları və qaz köçürülməsinin yenidən cərəyana düşməsinin ehtimal olunduğu zaman baş veribdir.

Analatiklər bu qənaətdədirlər ki, son hadisələrin yeganə qalibi, Amerikadır, zira bu ölkə həm LNG qazını Avropaya daha çox ixrac etməkdən, həm də müharibənin hər iki tərəfini zəiflətmək və Avropanı özündən asılı vəziyyətdə saxlamaq məqsədilə Avropa Birliyi ilə Rusiya arasındakı gərginliyin davam etməsindən mənfəət əldə edir.