Sionist Soxnut təşkilatının ofisi Rusiyadan Azərbaycana köçürülüb
Soxnut sionist təşkilatının fəaliyyət mərkəzinin ofisi Rusiyadan Azərbaycan Respublikasına köçürülüb.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının Avropa İttifaqındakı sabiq səfiri Arif Şahmarlı bu xəbəri bildirərək, deyib: "İsrail Azərbaycan Respublikasında təkcə hərbi sahədə fəaliyyət göstərmir, təsadüfi deyil ki "Soxnut" Moskvada bağlanmış ofisini Bakıda açır".
Azərbaycan Respublikasının Avropa İttifaqındakı keçmiş səfiri, həmçinin deyib: "Soxnut sionist təşkilatının fəaliyyət ofisinin MDB ölkələri arasında Azərbaycana köçürülməsi ilə bundan sonra Rusiyanı tərk edən yəhudilərin Azərbaycan Respublikasında məskunlaşması üçün şərait yaradılacaq. Bu məqsədlə qırx milyon dollar vəsait ayrılıb".
Arif Şahmarlı deyib: "İlham Əliyevin müxtəlif sahələrdə İsraillə əlaqələri var və İsrail və Türkiyənin böyük hərbi nümayəndə heyətlərinin Bakıya səfəri bunu sübut edir".