Şotlandiya Milli Partiyasının sədri İngiltərədən ayrılmağa təkid edib
Okt 21, 2022 14:14 Asia/Baku
Şotlandiya Milli Partiyasının lideri İngiltərənin qırx dörd günlük baş naziri Liz Trassın istefasına reaksiyada Londondakı çaxnaşmaları Şotlandiyanın istiqlaliyyəti üçün mühüm bir dəlil adlandırıb.
Nikola Stercen yerli medialarla müsahibədə deyib: Şotlandiyanın İngiltərədən müstəqilliyini əldə etməklə özümüzü iğtişaşlardan xilas etməliyik.
Stercen Londonda mühafizəkarlar hökumətlərinin dalbadal dəyişilməsinə işarə ilə vurğulayıb: Bu, səbatsızlıqlar və iğtişaşların əvəzini ödəyən bir ölkənin xalqıdır.
Şotlandiyanın baş naziri deyib: Biz İngiltərədən müstəqillik əldə etmək, bu ölkədən ayrılmaq və Londondakı mühafizəkarlar hökumətindən irəli gələn hərc-mərcliklərdən xilas olmaqla daha yaxşı və daha ədalətli bir gələcək qura bilərik.