Yan 28, 2023 12:03 Asia/Baku
  • ABŞ xalqı polis vəhşiliyindən və daha bir qaradərilinin qətlindən qəzəblənib

ABŞ polisinin vəhşiliyi yenə can aldı. Daha bir qaradərili qətlə yetirildi.

SəhərAzəri-nin məlumatına əsasən, Memfis şəhərində 5 polis məmurunun 29 yaşlı FedEx işçisi Tire Nikolsun qətlində ittiham olunduqdan sonra bu beş məmurun qaradərili kişini döydüyünü əks etdirən video yayımlanıb.

Videoda 5 polisin bu gənci vəhşicəsinə döyüldüyü, eyni zamanda hücum boyu ona söyüşlər yağdırdığı göstərilir.

Videonun yayılmasından sonra ABŞ-ın müxtəlif şəhərləri böyük nümayişlərə hazırlaşır. Nikolsun yaxınları tərəfdarları dinc şəkildə etiraz etməyə çağırıblar.

Nikolsun ailəsinin vəkili Antonio Romanucci deyib: "Ona bir və ya iki nəfər deyil, beş zabit hücum edib".

Romanucci qeyd edib ki, bu zabitlər Nikolsun qətlinə səbəb olan ağır hücumda, insan azadlığının və fundamental hüquqlarının pozulmasında bir-biri ilə son dərəcə əməkdaşlıq ediblər.

Teqlər