Qadınlara qarşı zorakılıq, Amerikada bir epidemiyadır
ABŞ prezidenti Co Bayden hesab edir ki, Amerika cəmiyyətində qadınlara qarşı zorakılıq bir epidemiyaya çevrilib.
Evə çatan kimi mənə bir mesaj at. Bu mətn Amerika cəmiyyətində geniş istifadə olunan yazılı mesajdır. Bu tələb, qadınların və qızların evə sağlam qayıtmaları ilə bağlı mövcud olan narahatlıqdan irəli gəlir.
Bir çox qadınlar üçün hər dəfə nəsə bir şey etmək üçün evdən çıxmaq təhlükəli iş hesab olunur. Amerika xalqının bugünkü həyatında bu, adi bir normaya çevrilib. Onlar qızların və qadınların heç bir problem olmadan evə çatıb-çatmadığını daima yoxlamalıdırla. Bu o deməkdir ki, qadınlarımıza qarşı zorakılıq həddindən artıqdır.
Amerikadakı tədqiqat mərkəzlərinin son araşdırmaları göstərir ki, bu ölkədə hər il 10 milyondan çox qadın məişət zorakılığını təcrübə edir.