Fev 20, 2023 17:07 Asia/Baku
  • Amerikada silahllı zorakılıq bir epidemiyadır

Altı nəfərin ölümü ilə nəticələnən Missisipi ştatındakı silahlı zorakılığın ardınca Co Bayden etiraf edibdir ki, Amerikada silahllı zorakılıq bir epidemiyaya çevrilib.

Bir amerikalı, yerli vaxtla cümə günü Missisipi ştatında silahlı bir hərəkətdə altı nəfəri öldürüb və sonda polis tərəfindən saxlanılıb. Hadisə üç yüz min nəfərdən az əhalisi olan Arkabutla kəndində baş verib.

Amerika prezidenti Co Bayden deyib ki; Yeni milad ilindən qırx səkkiz gün ötür. Bu müddətdə Amerikada minimum yetmiş üç kütləvi atəşaçma halı baş verib.

O bildirib ki; kədər ifadə və dua etmək yetməz. Silahlı zorakılıq bir epidemiyadır və konqres elə indi hərəkətə keçməlidir.

Bayden əlavə edib: Biz Amerika silah qanununda düzəlişlərə ehtiyac duyuruq. Bu düzəlişlər qanundan yan keçmək yollarının tamamilə bağlanması, yüksək tutumlu maqazinə malik silahların və hücum silahlarının qadağan olunması və silah satışı kimi halların keçmişinin araşdırılmasına şamil olur.

Amerikada hər yüz nəfərə yüz iyirmi silahın düşdüyü qədər silah var.

«Gellap» ictimai rəy institutu özünün ən son rəy sorğusunda bildiribdir ki, amerikalıların altmış üç faizi silah daşınması barədəki milli siyasətlər və qanunlardan narazıdır. Bu nəticələr amerikanların ötən yeddi ildə silah daşınması üzrə hazırkı qanunlardan olan ən yüksək narazılıq dərəcəsidir.

 

Teqlər