ABŞ-ın Londondakı səfirliyi boşaldılıb, bina mühasirəyə alınıb
Çərşənbə günü Britaniya mediası təhlükəsizlik hadisəsi səbəbindən ABŞ-ın Londondakı səfirliyinin əməkdaşlarının təxliyə edildiyini, binanın ərazisinin mühasirəyə alındığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, "Daily Mail" jurnalı bildirib ki, səfirlik binasına giriş-çıxış qadağandır və səfirlikdəki insanlara pəncərələrdən uzaq durmaq tövsiyə edilib.
Məlumata görə, binanın içərisindəki insanların paylaşdığı görüntülərdə onların yerdə çömelmiş və divarlara söykənərək əyləşdikləri görünür.
Səfirliyin yaxınlığında yaşayan hadisə şahidlərindən biri Daily Mail-ə deyib ki, ərazidə silahlı qüvvələr və iyləyən itlər patrul edir.
Bu təhlükəsizlik hadisəsinin səbəbi hələlik məlum deyil, lakin hadisə yerində olan sosial şəbəkə istifadəçiləri polis məmurlarının yüksək səslə qışqırdıqlarını bildirirlər.
Yayımlanan görüntülərdə səfirliyin ətrafındakı ərazidə ən azı iki yanğınsöndürən maşını və polisin olduğu görünür.
Həmçinin səfirliyin ətrafındakı küçələr də bağlanıb.
London polisi bu xəbər dərc olunana qədər heç bir açıqlama verməyib və yalnız mediaya bu hadisədən xəbərdar olduqlarını bildirib.