Nyu-York polisi hazır vəziyyətə gətirilib
Trampa qarşı cinayət işinin qaldıılmasına reaksiyada Nyu-York polisi hazır vəziyyətə gətirilib.
Nyu-York polisinin bəyanatında deyilir: Hadisələrin inkişafından asılı olaraq, qarşıdakı günlərdə polis qüvvələrinin yerləşdirilməsi yenidən nəzərdən keçiriləcək və zorakı hərəkətlərə əsla yol verilməyəcək.
Nyu-York polis rəisi bir bəyanatda özünün bütün qüvvələrindən istəyibdir ki, hər hansı çaxnaşma və iğtişaşla mübarizə aparmaq məqsədilə hazır vəziyyətə gəlsinlər.
Digər tərəfdən, Manhetten məhkəməsində Donald Trampa qarşı cinayət işinin qaldıılmasının ardınca Amerikanın sabiq prezidentinin tərəfdarlarından bir qrupu Florida küçələrinə çıxıb.
Manhetten məhkəməsinin rəyasət heyəti Donald Trampı əxlaqsız filmlərə çəkilən bir aktrisaya sükut haqqı ödəməkdə günahkar hesab edib.
ABŞ mediaları bildiriblər ki, Nyu-York prokurorluğu və Trampın hüquq müşavirləri onun çərşənbə axşamı günü özünü məhkəməyə təqdim etməsi barədə razılığa gəliblər.