ABŞ tarixində ilk dəfə baş verir
Tramp həbs olundu, sonra azadlığa buraxılıb
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ötən gün məhkəmə qarşısına gətirilib və müvəqqəti olaraq həbs olunub.
Tramp əvvəllər həbslə nəzərdə tutulan faktiki olaraq bütün əlavə prosedurlardan azad edilib və sabiq dövlət başçısının barmaq izləri əvvəlcədən götürülüb.
Daha əvvəl “Yahoo News” portalı prokurorluqdakı mənbələrə istinadən məlumat yayıb ki, Trampa qarşı qaldırılacaq 34 bəndlik ittihamların hər biri 4 ilədək həbs cəzası ehtimalını ehtiva edir.
Donald Trampa qarşı maliyyə sənədlərinin saxtalaşdırılmasına görə 34 ağır cinayət maddəsi üzrə ittihamlar irəli sürülüb.
Nyu-Yorkun cinayət məcəlləsinə görə, Tramp dörd ilə qədər həbslə cəzalandırıla bilər.
Qeyd edək ki, həbs onun həbsxanaya salınması deyil, təqsirləndirilən şəxs yalnız ittiham irəli sürülən zaman həbsdə qalır.