Rusiyadan Zəngəzur dəhlizi barədə kritik açıqlama
Tayfa rejiminin “Zəngəzur Dəhlizi” arzusu çin olmadı
Rusiya baş nazirinin müavini Rusiya, Azərbaycan və Ermənistan rəsmilərindən ibarət işçi qrupunun iclasında Azərbaycanla Ermənistan arasında sərhəd buraxılışı barədə texniki detalların müzakirə ediləcəyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Aleksey Overçuk Zəngəzur yolu ilə bağlı müzakirələrdən də söz açaraq deyib: “Burada pasport yoxlanışı, gömrük nəzarəti və beynəlxalq sərhədlərdə mövcud olan digər bütün nəzarət növləri tətbiq ediləcək. Bu gün tərəflər Azərbaycanın şərq rayonları ilə Naxçıvan arasında dəmiryolunun salınması danışıqlarına çox yaxınlaşıblar. Həmçinin Ermənistanın Naxçıvan, Zəngəzur, ümumilikdə Azərbaycan vasitəsilə Rusiya, İran və başqa ölkələrə gediş-gəlişi mümkün olacaq”.
Azərbaycan Respublikasındakı bəzi mənbələr deyirlər ki, “Zəngzor dəhlizi” şüarı ilə çıxış edən İlham Əliyevin istəkləri nəinki onun arzuladığı kimi reallaşmır, üstəlik Azərbaycan Respublikasını Naxçıvana qovuşduran dəmir yolu İrəvanın Bakı üzərində təsir rıçaqlarını təmin edəcəkdir.