ABŞ gizli şəkildə Avropada 150-yə yaxın nüvə bombası yerləşdirib
https://azeri.sahartv.ir/news/dünya-i400766-abŞ_gizli_şəkildə_avropada_150_yə_yaxın_nüvə_bombası_yerləşdirib
Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Kampaniya ABŞ-ın gizli şəkildə beş Avropa ölkəsində 150-yə yaxın nüvə başlığı yerləşdirdiyini bildirib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyun 13, 2023 13:33 Asia/Baku
  • ABŞ gizli şəkildə Avropada 150-yə yaxın nüvə bombası yerləşdirib

Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Kampaniya ABŞ-ın gizli şəkildə beş Avropa ölkəsində 150-yə yaxın nüvə başlığı yerləşdirdiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Kampaniya ICAN-ın siyasət və tədqiqat koordinatoru Alisiya Sanders-Zakre bu barədə bildirib ki, ABŞ rəsmi açıqlamalar olmadan Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyədəki Amerika hava bazalarına 150-yə yaxın nüvə bombası yerləşdirib.

ICAN-ın koordinatoru əlavə edib: "Amerikanın nüvə silahının Avropada yerləşdirilməsi ilə bağlı heç bir ictimai təsdiq və ya təkzib olmasa da, biz bilirik ki, ABŞ-ın nüvə silahları Avropanın beş ölkəsində yerləşdirilib".

Sanders-Zakrenin sözlərinə görə, nüvə silahının Avropa ölkələrində yerləşdirilməsi ICAN-ı çox narahat edir.

O, belə bir vəziyyətin nüvə müharibəsi riskini artıra biləcəyinə diqqət çəkib.