Okt 15, 2023 13:41 Asia/Baku
  • Londonda Fələstin hamiləri anti-sionist aksiya keçiriblər

İngiltərədə yaşayan və müxtəlif milliyyətlərdən olan Fələstin hamiləri London küçələrində «Aparteidə son qoyun!» kimi əsas şüarla aksiya keçiriblər.

Sionist rejimin Qəzzəyə qarşı hücumlarına, həmçinin müdafiəsiz fələstinli uşaq və qadınları qırğın etməsinə etiraz edən sionizm əleyhdarları və anti-müharibə təşkilatlarının dəvəti ilə Fələstin himayədarları və sülh tərəfdarları dünən Londonda aksiya keçiriblər.

Bu anti-sionist aksiya «Aparteidə son qoyun!» və «Fələstinin işğalı bitməlidir!» şüarları altında keçirilib.

İngiltərə hökuməti son zamanlar Fələstin himayədarlarına xəbərdarlıq etdi ki: Fələstin və Həmas-la həmrəylik ifadə etməkdən çəkinin. Amma sionizm əleyhdarları və fələstinlilərin hamilərindən minlərlə nəfər London küçələrinə çıxdı.

 

 

Teqlər