Boliviya da hərəkətə keçdi bəs müsəlman dövlətlər!
Cənubi Amerikanın xristian ölkəsi sionist rejimin bəşəriyyətə qarşı cinayətlərinə görə bu rejim ilə diplomatik əlaqələrini tamamiylə kəsib.
Boliviya Xarici İşlər Nazirliyi dünən bir bəyanatda qəsbkar sionist rejimi Qəzzəyə hücumlarında bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edərək bu saxta rejim ilə öz diplomatik əlaqələrini tam dayandırdığını bildirib.
Boliviya 2009-cu ildə də işğalçı sionist rejimin Qəzzəyə qarşı cinayətkar hücumlarına etiraz əlaməti olaraq bu rejimlə əlaqələrini kəsmişdi və bu qərar 11 il müddətində davam etmişdi.
Fələstin İslami Müqavimət Hərəkatı(HƏMAS) bir bəyanat yayaraq Boliviyanın sionist rejim ilə əlaqələrini kəsməsini alqışlayıb və bir daha müsəlman ölkələri bu terrorçu və cinayətkar rejim ilə öz əlaqələrini dayandırmağa çağırıb.
Xristian ölkəsi olan və coğrafi mövqeyinə görə qərbi Asiyadan çox uzaqlarda yerləşən Boliviyanın Qəzzədə İsrail rejimi tərəfindən törədilən cinayətlərə belə sərt reaksiya verməsi, deqqətləri müsəlman ölkələrə yönəldib.
Boliviya ilə heç bir din və mədəniyyət ortaqlığına malik olmayan Qəzzədə sionist cinayətkarlar tərəfindən qırğın edilən 8500 dən çox mülki insana qarşı törədilmiş qətliam, bu cənubi Amerika ölkəsini bu qədər hiddətləndiribsə görünür Qəzzədə baş verənlər dünya səviyyəsində insanlıq və vicdan mövzusuna çevrilib. Məhz buna görədir ki, Çinın Əli Baba və Baydo kimi şirkətləri öz xəritələrindən qəsbkar sionist rejimin adını siliblər və Rusiyada sionist fərarilərin gəlişinə geniş etirazlar müşahidə olunur.
İran,ABŞ və dünyanın bir çox ölkələrində yəhudilərin də sionist rejimin Qəzzədə fələstinli qadın və uşaqlara qarşı törətdiyi dəhşətli cinayətlərə etiraz etdikləri bir şəraitdə, müsəlmanların üzərinə daha böyük məsuliyyət düşür. İran və Türkiyə başda olmaqla müsəlman xalqları Qəzzəyə dəstək üçün əllərindən gələni edirlər, bəs müsəlman dövlətlər necə? İşğala, terrora, qətliama məruz qalan müsəlman Fələstin xalqına Boliviya qədər yaxınlıq hissi keçirməyən bəzi müsəlman ölkə başçılarına öz xalqları, müsəlman dünyası və bəşəriyyətin vicdanı necə qiymət verəcək?
Bu bəzi müsəlman dövlətlərin başçıları ümumi fikri nəzərə alaraq sadəcə dildə məzlum fələstin xalqını dəstəkləyir bəziləri isə hətta dildə də cinayətkar rejimə gözünün üstə qaşın var deməyə cəsarət tapmırlar. Hər ikisi isə müsəlman qanının axıdılmasında iştirak edirlər.
Artıq sionist rejimin cinayətləri dözüləsi və seyr ediləsi deyil. Boliviyyanın reaksiyası göstərir ki, bəzi müsəlman dövlətlər, xalqların çağırışını görməməzliyə vura bilməyəcəklər. Artıq saxta rejimdən uzaqlaşmaq vaxtı gəlib çatıbdır.
Məhz buna görə də İranın Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian İslam Əməkdaşlıq Təşkilatının Qəzzədə müsəlman qırğını ilə bağlı təşkil edilən Ciddə iclasında müsəlman dövlətləri qəsbkar rejimi boykot etməyə bu rejimlə əlaqələrə son qoymağa çağırdı. Bu tarixi dönəmdə, tarixi qərarların verilməsinin labüd olduğu bir zamanda prossesləri düzgün qiymətləndirə bilməyən region dövlətləri şübhəsiz ki, bunun altını çəkməli olacaqlar.