Avropalılar İsrailə qarşı boykot hərəkatına qoşulurlar:
Bu real dəyişiklikdir, yoxsa ictimai təzyiqin təsiridir? - TƏHLİL
İsrailin boykotu, investisiyaları Dayandırma və Sanksiya Hərəkatı (BDS) son aylarda yaşıl qitədə aktiv bir cərəyana çevrilməkdədir.
Daxil olan məlumatlara əsasən, sionist İsrail rejiminə qarşı boykot çağırışları Avropa ölkələrində daha sürətlə yayılır və müxtəlif ölkələrdən fərdlər və qurumlar bu təzyiq dalğasına qoşulurlar. Son mühüm addımlardan biri Niderlandın qərarıdır. Bu ölkə işğal altındakı qanunsuz yaşayış məntəqələrində istehsal olunan məhsulların idxalını qadağan etmək üçün qanun hazırlayır.
2005-ci ildə 170-dən çox Fələstin təşkilatı tərəfindən yaradılan BDS hərəkatı İsrailin beynəlxalq hüquqa əməl etməsinə nail olmağı və işğala son qoyulmasını hədəfləyir. Qəzzəyə hücumların artması və bölgədə dinc fələstinlilərə qarşı soyqırımının törədilməsi fonunda bu hərəkat daha geniş miqyas alıb və indi bəzi dövlətlər də bu prosesə qoşulmağa başlayıb. Niderlandın qərarı bu xüsusda diqqətçəkən addım hesab olunur.
Müşahidəçilərin fikrincə, Avropa ölkələrinin bu istiqamətə yönəlməsinin əsas səbəbləri ictimai təzyiq, hüquqi risklər və iqtisadi narahatlıqlardır. Kütləvi etirazlar və sosial şəbəkələrdəki çağırışlar hökumətləri mövqelərini dəyişməyə vadar edib. İsraillə ticarət artıq bir çox ölkə üçün problemə çevrilir və istehlakçı boykotları iqtisadi ziyan yaradır. Bu müddətdə işğal altındakı bölgələrdə istehsal olunan malların satışında ciddi azalma müşahidə olunub və xarici sərmayələr də çəkilib.
Bundan əlavə tələbə hərəkatları, həmkarlar ittifaqları və müxtəlif təşkilatlar şübhəli məhsulları rəflərdən çıxararaq iqtisadi təzyiqi artırıblar.
1967-ci il işğal bölgələrinin məhsullarına qoyulan qadağa təkcə iqtisadi qərar deyil; bu, Fələstin hüquqlarının alver mövzusu ola bilməyəcəyinə dair siyasi mesajdır. Vaxtilə İsrailin əsas tərəfdarlarından olan ölkələr belə artıq ictimai təzyiq qarşısında əvvəlki mövqelərini saxlaya bilmirlər.