Sionist rejimin Albaniya xalqına qarşı rolu ifşa olundu
İvrit dilində yayımlanan bir media orqanı bildirib ki, Albaniyada hazırda baş verən iğtişaşlar fonunda ölkədəki qarışıqlığı qızışdırmaqda ittiham olunan əsas tərəf kimi İsrailin adı hallanır.
“İsrael Hayom” qəzeti bu barədə dərc etdiyi reportajda etiraf edib ki, Albaniyanın baş naziri əleyhinə etirazlar beşinci gündür davam etdiyi bir vaxtda sosial şəbəkələrdə yayılan məlumatlar toqquşmalarda İsrail muzdlularının rol oynadığını göstərir. Hətta bəzi məlumatlarda sionistlərin bu qarşıdurmaların gedişatına nəzarət etdiyi iddia olunur.Reportajda vurğulanıb ki, Albaniyanın paytaxtı Tirana şəhərində zorakılıqla müşayiət olunan etirazlar, İsrailin ölkədəki rolunun getdikcə artması fonunda, cümə günü bu şəhərdəki İsrail səfirliyinin bağlanmasına səbəb olub.Sionist rejimin Tiranadakı səfirliyinin bağlanması rejimin xarici işlər naziri Gideon Saarın bu şəhərə səfərindən cəmi bir neçə gün sonraya təsadüf edib.Sionist rejimin Avropadakı ən yaxın müttəfiqlərindən biri olan Albaniyanın baş naziri Edi Rama əleyhinə zorakı etirazlar artıq dördüncü gündür ki, davam edir.Sionist rejim səfirliyi günorta saatlarında yaydığı bəyanatda bildirib ki, “son hadisələri” nəzərə alaraq, fəaliyyətini dayandırıb. Bəyanatda həmçinin qeyd olunub ki, səfirliyin yenidən açılması "vəziyyətin necə inkişaf edəcəyindən" asılı olacaq.Çərşənbə axşamından etibarən minlərlə etirazçı, o cümlədən yuxarı sinif şagirdləri və universitet tələbələri Tirana küçələrinə çıxaraq, baş nazir Edi Ramanın istefasını tələb ediblər. Etirazlar universitetlərdəki əlverişsiz şərait və təhsil haqlarının artırılması fonunda keçirilir.Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib. Etirazçılar isə buna cavab olaraq daş atıb, zibil qutularını yandırıb, mağazaların vitrinlərini sındırıb və dövlət binalarına hücum ediblər.Ramanın planlarına qarşı etirazlar may ayının sonlarında başlayıb. Tələbələrin sözlərinə görə, aksiyalar əsasən dinc xarakter daşısa da, hökumət onların tələblərinə məhəl qoymayıb.Etirazçılar çimərlik ərazilərinin lüks istirahət kompleksinin inşası üçün satışa çıxarılmasına qarşı çıxıblar. Sözügedən layihəni ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerə məxsus investisiya şirkəti təşviq edir.Həmin ərazi flaminqoların yaşayış məskəni olduğundan etiraz hərəkatı “Flaminqo etirazı” adlandırılıb.