ABŞ-da “rejim dəyişikliyi” baş verir - TƏHLİL
https://azeri.sahartv.ir/news/dünya-i423850-abŞ_da_rejim_dəyişikliyi_baş_verir_tƏhlİl
ABŞ-da aralıq seçkilərdə respublikaçıların ağır məğlubiyyəti Tramp administrasiyasının İran siyasətinin fiaskoya uğradığını nümayiş etdirdi.
(last modified 2026-11-04T11:07:51+00:00 )
Noy 04, 2026 15:04 Asia/Baku
  •   ABŞ-da “rejim dəyişikliyi” baş verir - TƏHLİL

ABŞ-da aralıq seçkilərdə respublikaçıların ağır məğlubiyyəti Tramp administrasiyasının İran siyasətinin fiaskoya uğradığını nümayiş etdirdi.

Tramp etiraf edib ki, İran məsələsi respublikaçıların seçkilərdəki uğursuzluğuna təsir göstərmiş ola bilər.O, benzin qiymətlərinin artmasını və bunun əhalinin gündəlik xərclərinə təsirini də mühüm amil kimi göstərib.Trampın sözlərinə görə, amerikalılar guya onun İrana qarşı siyasətini dəstəkləsələr də, bu siyasətin qısamüddətli iqtisadi nəticələrini qəbul etmək istəməyiblər.Analitiklərin fikrincə, seçicilər səsvermə yolu ilə Trampın siyasətinə, onun maliyyə naziri və müharibə naziri vasitəsilə həyata keçirdiyi iqtisadi və hərbi təhdidlərə ciddi etirazlarını bildiriblər.O da məlumdur ki, İranla qarşıdurma, enerji qiymətlərinin yüksəlməsi və Hörmüz boğazındakı gərginlik ABŞ-ın daxili siyasətində mühüm məsələyə çevrilib.Beləliklə, seçkilər ABŞ-ın strateji kursunu dəyişməsə də, Trampın siyasətinə ictimai etirazın siyasi nəticələrini üzə çıxarmışdır. Görünən budur ki, "rejim dəyişikliyi" siyasətini başqa ölkələrə tətbiq etmək istəyən ABŞ-da seçicilər Trampın özünü hədəfə aldılar. Başqa sözlə indi artıq ABŞ-da rejimin faktiki olaraq dəyişdiyini söyləmək olar. Bu, Amerikada Tramp erasının başa çatmaq üzrə olduğunu göstərir.