Rusiyanın "qulağının dibində" NATO-nun hava hərbi təlimləri
https://azeri.sahartv.ir/news/dünya-i194201-rusiyanın_qulağının_dibində_nato_nun_hava_hərbi_təlimləri
Şimali Atlantik Alyansı NATO-nun böyük hərbi təlimləri Rusiyanın şimalında şimal qütbünün yaxınlığındakı ərazilərdə başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2015 05:50 Asia/Baku
  • NATO-nun hava hərbi təlimləri
    NATO-nun hava hərbi təlimləri

Şimali Atlantik Alyansı NATO-nun böyük hərbi təlimləri Rusiyanın şimalında şimal qütbünün yaxınlığındakı ərazilərdə başlanıb.

Səhər Beynəlxalq Televiziyasının Xəbər telekanalına istinadla verdiyi məlumata görə, bu hərbi təlimlərdə Amerika, İngiltərə, Fransa və Almaniyanın hərbi təyyarələri iştirak edirlər. Təlimlərin növbəti mərhələsində İsveç, Finlandiya, Norveç və İsveçrə təyyarələri də iştirak edəcəklər.
Rusiya mediaları NATO-nun hərbi təlimlərini Rusiyanın şimal qütbdə fəaliyyətlərinin artmasına rekasiya hesab edirlər. Belə ki, ötən bir ildə Rusiyanın hava qüvvələrinin daimi hərbi bazası yaradılmış və bölmələri yerləşdirilmişdir.
Son illərdə şimal qütbünün təbii ehtiyatlarına nəzarət etmək bu bölgənin ətrafındakı ölkələr arasında problemə çevrilmişdir.