May 27, 2015 09:18 Asia/Baku
  • Hindistanda anomal istidən ölənlərin sayı 1100 nəfəri keçib
    Hindistanda anomal istidən ölənlərin sayı 1100 nəfəri keçib

Son məlumata görə, Hindistanın cənubunda hökm sürən anomal isti hava 1118 nəfərin ölümünə səbəb olub.

Beynəlxalq Səhər Kanalının APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Hindistanın Meteoroloji Departamentinin məlumatında bildirilir.

Məlumata görə, anomal isti hava səbəbindən ən çox ölüm halları Andxra Pradeş ştatında qeydə alınıb – 852 nəfər. Telanqana ştatında isə 266 nəfər istilərin qurbanı olub. Andxra Pradeş ştatında 44,8 dərəcə isti qeydə alınıb. Telanqana ştatında isə temperatur rekordu 46,8 dərəcə təşkil edib.

Sinoptiklər anomal istilərin hələ 2 gün davam edəcəyini proqnozlaşdırıblar.

Teqlər